Macarsıtan millisi əsas hücumçularından olan Barnabas Varqanı AVRO-24-də itirib.
Presssport.az xəbər verir ki, turnirin III turunda Şotlandiya yığmasının qapıçısı ilə toqquşmadan sonra huşunu itirən forvardın hazırda vəziyyəti normal olsa da, həkimlər onun bu turnirdə meydana çıxmamasını məsləhət görüb.
Bunu komandanın baş məşqçisi Marko Rossi açıqlayaraq, Varqanın həyatının təhlükədə olmadığını da sözlərinə əlavə edib: "O, üzündəki sınığa görə əməliyyat olunacaq və AVRO-2024-də bir daha meydana çıxa bilməyəcək".
Xatırladaq Macarıstan son turda Şotlandiyaya qalib gələrək qrupda 3-cü pilləni tutub və ən yaxşı 3-cü kimi 1/8 finala vəsiqə qazanmaq şansı var.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC