“Futbolçularım oyun ərzində yaxşı təsir bağışladı. Xüsusilə də birinci hissədə. Komandamızın üzvlərini layiqli mübarizə üçün təbrik edirəm. Albaniyaya qarşı matçda olduğu kimi son dəqiqədə qol buraxdıq. Penaltidən yararlana bilmədik və əlavə dəqiələrdə qapımızda qol gördük”.
Presssport.az xəbər verir ki, bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç İtaliya yığmasıyla AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.
O, 1/8 finala çıxmağın öz əllərində olduğunu söyləyib: "Futbolçuları ancaq gözəl mübarizə münasibəti ilə təbrik edə bilərəm. Bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm, ən çox onlara görə məyusam".
Xorvatiyalı mütəxəssis pley-offa yüksəlmək şansları ilə bağlı vurğulayıb: "Pley-offa çıxmaq şansınız varmı? Buna təsir edə bilmərik, hər şey öz əlimizdə idi".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC