AFFA U-14 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.
Presssport.az xəbər verir ki, “ASCO Arena”da 3-cü yer uğrunda oyun və final görüşü keçirilib. Bürünc mükafat uğrunda matçda “Vətən İOEUGFMPHŞ” üzərində 2:1 hesablı qələbə qazanan “Qəbələ” yarışı 3-cü sırada tamamlayıb.
Ardından final qarşılaşmasında “Sabah” və “Qarabağ” üz-üzə gəlib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” çempion olub. “Sabah” isə gümüş medallara yiyələnib.
Oyunlardan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunub. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Mövsüm ərzində 36 qol vuran “Şirvansaray”ın oyunçusu Qabil Kərimli ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Daniil Rəcəbov isə mövsümün ən yaxşı oyunçusu seçilib.
Mükafatları AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Yusif Vəliyev və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim edib.
Xatırladaq ki, bunadək “Qarabağ”ın U-13 vıə U-15 komandaalrı da öz liqalarının çempionu olmuşdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC