"Araz-Naxçıvan" Danimarka şirkəti ilə müqavilə imzalayıb

Misli Premyer Liqasının yeni mövsümündə “Araz-Naxçıvan” “Hummel”in forma və geyim dəstlərindən istifadə edəcək.

Klubdan Presssport.az-a verilən məlumata görə, Danimarka şirkəti ilə müqavilə imzalanıb. 

Şirkətin komanda üçün istehsal edəcəyi məhsullar yaxın günlərdə təqdim ediləcək. Klubun oyun formaları yenə qırmızı və ağ rəngdə olacaq.

Onu da bildirək ki, “Araz-Naxçıvan” ötən mövsüm “Diadora” şirkətinin istehsal etdiyin geyim dəstlərindən istifadə edib.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC