Türkiyə millisinin oyununda 20 vərəqə göstərilib

Almaniyada təşkil olunan AVRO-2024-ün qrup mərhələsinin Çexiya və Türkiyə yığmaları arasında baş tutan oyununda rekord göstərici qeydə alınıb.

Presssport.az xəbər verir ki, matç zamanı isveçrəli baş hakim Sandro Şörer futbolçulara 20 vərəqə (18 sarı, 2 qırmızı) göstərib.

O, Türkiyə millisindən 11 futbolçuya sarı vərəqə göstərib. Bunlar Salih Özcan, Kenan Yıldız, İsmail Yüksek, Mert Günok, Hakan Çalhanoğlu, Uğurcan Çakır, Mert Müldür, Samet Akaydın, Kaan Ayhan, Orkun Kökçü və Arda Gülerdir. 

Bşa hakim Çexiya yığmasından isə 5 futbolçuya sarı vərəqə göstərilib. Onlardan Antonin Barak 20-ci dəqiqədə 2-ci sarı vərəqə ilə cəzalandırıldığı üçün qırmızı vərəqə alaraq meydandan qovulub. Həmçinin onun komanda yoldaşı Tomas Çori 90+8-ci dəqiqədə qırmızı vərəqə alıb. Digər sarı vərəqə alanlar isə Patrik Şik, Vitezslav Yaroş, Lukas Çerv, Ladislav Kreyçi və Tomas Souçekdi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC