Daha 2 boksçumuz Avropa birinciliyində bürünc medalı təmin edib

Azərbaycanın daha 2 boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.

Presssport.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 48 kq çəki dərəcəsində Nihat Qasımov Mixael Reilli (İrlandiya) ilə qarşılaşıb.

O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Səftər Məmmədzadə (80 kq) də adını yarımfinala yazdırıb. İdmançımız Boqdan Bajzerti (Polşa) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda zədələndiyi üçün həkimlər görüşün davam etməsinə icazə verməyib və üstün olan Məmmədzadə qalib gəlib.

Hər 2 boksçumuz yarımfinala yüksəlməklə özləri üçün bürünc medalı təmin edib.

Xatırladaq ki, daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) da bu hüquqa yiyələnib. Yarımfinal döyüşləri bu gün keçiriləcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC