"Sabah"ın xorvatiyalı baş məşqçisi Krunoslav Renduliç millisinin AVRO-2024-ün B qrupunun III turunda İtaliya yığması ilə heç-heçə (1:1) nəticəsini şərh edib.
Presssport.az xəbər verir ki, Bakı klubunun çalışdırıcısı Zlatko Daliçin yetirmələrinin Avropa çempionatında pley-off mərhələsinə vəsiqə qazana bilməməsinə inana bilmədiyini gizlətməyib: “Sadəcə, inanılmazdı. Oyuna əlavə edilmiş 8-ci dəqiqədə qol buraxdıq. Başa düşmürəm, hakim niyə bu qədər vaxt əlavə etmişdi? Nəyə əsasən? Tamamilə qəribə bir qərardı”.
Renduliçin fikrincə, bu cür şokdan sonra ağızda sanki çox xoşagəlməz acı dad qalır: "Amma realist olmalıyıq. Xorvatiya İtaliya ilə yox, Albaniya ilə görüşdə mübarizədən kənar qaldı. Səhv idi, belə olmamalı idi. Yaxşı oynadıq, İtaliyanın bəzi hücumlarına tab gətirdik, sonra qol vurduq və geri çəkildik. Ardınca son saniyələrdə qol buraxırıq. Taktika yaxşı idi, bəlkə də çatışmayan yeganə məsələ Stanisiç və Qvardiolun cinahlarda bir az daha üstün oyunu idi. Ante Budimirin meydana çıxmasından sonra ilə İtaliya müdafiəsi üzərində təzyiq gücləndi, bununla da qol vurduq. Amma sonradan şok yaşadıq. İtaliya əvvəlki komanda deyil, bu yığma deyəndə, həmişə 20-30 il əvvəlki komanda nəzərdə tutulur. İndi bu eyni keyfiyyət və səviyyə deyil. Bununla belə, bizi üstələdilər".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC