Azərbaycanlı futbolçu Sərtan Taşkın Türkiyənin "Manisa" klubundan ayrılıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, millimizin sabiq oyunçusuyla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Xatırladaq ki, Sərtan bu ilin qış fasiləsində "Turan Tovuz"dan "Manisa"ya keçmişdi. 27 yaşlı sağ cinah müdafiəçisi I Liqa təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC