Danimarka millisinin baş məşqçisi Kasper Yulmann AVRO-2024-ün 1/8 finalında Almaniya yığmasına məğlub olaraq (0:2) mübarizəni dayandırmaları barədə danışıb.
Presssport.az xəbər verir ki, danimarkalı mütəxəssis ilk növbədə rəqibi qələbə münasibətilə təbrik etmək istədiyini və son illərdə böyük komandalardan biri olduqlarını göstərdiklərini söyləyib: "Lakin çatışmayan cəhətlərimiz var. Daha çox qol imkanları yaratmalıyıq və əlimizə düşən fürsətləri boşa verməməliyik. Düşünürəm ki, daha dəqiq oynasaydıq, məğlub olmazdıq".
Yulmann görüşdəki hakim qərarlarından narazı qaldığını deyib: "İlk 15 dəqiqə təzyiq altında qaldıq, bu, sırf sağ qalmaq uğrunda mübarizə idi. Bundan sonra oyun bərabərləşdi. Hər şey 2 VAR qərarı ilə müəyyənləşdi. Əlimdə foto var, 1 santimetr ofsayd vardı. Məlumat baxımından bunun mənası yoxdu, VAR-dan belə istifadə etməməliyik. Bir neçə dəqiqə sonra penalti təyin olundu. Artıq bu gülünc qaydalardan çox yorulmuşam. Müdafiəçilərimizdən belə qaçmağı tələb edə bilmərik, bu, qeyri-təbiidi. Bu qərarlar haqda nadir hallarda danışıram. Lakin bu oyunun taleyini belə yalnış qərarlar həll etdi”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC