Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatında fərdi yarışı 4 medalla başa vurub.
Presssport.az xəbər verir ki, son olaraq Sübhan Axundov (+90 kq) gümüş mükafat əldə edib.
Əli Qazımənmədov (81 kq) bürünc medal uğrunda görüşdə uduzub.
Bununla da oğlanlardan ibarət yığmamız medal sıralamasında 2-ci olub.
Xatırladaq ki, daha əvvəl təmsilçilərimizdən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı (73 kq) bürünc medal qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC