"Bir matçda hər şey ola bilər, Gürcüstana qalib gəlmək üçün ən yüksək səviyyədə olmalıyıq" - Luis de ka Fuente

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AVRO-2024-ün 1/8 finalında Gürcüstana qarşı keçirəcəkləri bugünkü oyundan gözləntilərini bölüşüb.

Presssport.az xəbər verir ki, 63 yaşlı ispaniyalı mütəxəsis Gürcüstan futboluna bələd olduğunu vurğulayıb: “Futbolda hamımız sürprizlərin şahidi olmuşuq və onlar davam edəcək. Gürcüstan Portuqaliyaya qalib gəlib. Bir matçda hər şey ola bilər, qalib gəlmək üçün ən yüksək səviyyədə olmalıyıq. Gürcüstan futbolunu çox yaxşı bilirəm, necə inkişaf etdiyini gördüm. Müxtəlif gürcü futbolçuları tanıyıram".

O, fransalı həmkarı Villi Sanyolun işinə yüksək qiymət verib: "Sanyol Gürcüstan millisi ilə fantastik iş gördü. O, futbol dünyasında çox təcrübəlidi. Sanyolla əla münasibətim var və çox şadam ki, onun üçün hər şey yaxşı gedir”.

Xatırladaq ki, İspaniya - Gürcüstan görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi 1/4 finalda Almaniya ilə qarşılaşacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC