İspaniya millisinin baş məşqçisi Luis de la Fuete AVRO-2024-ün 1/8 finalında Gürcüstan yığmasına qalib gələrək (4:1) növbəti mərhələyə adlamaları haqda danışıb.
Presssport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının uğurunu şərh edərək, fasilədə futbolçularına verdiyi mesajın ilk hissədə dedikləriylə eyni olduğunu vurğulayıb: “Sakitlik, çaxnaşma və stresli qərarlar olmamalı idi. İstəyirdim ki, hücum edək. Qol vura bilməyəndə komandamda bir qədər narahatlığın artdığını gördüm ki, bu da mənfi gərginliyə səbəb ola bilərdi. İstədim ki, futbolçularım bunu ağıllarından uzaqlaşdırsın”.
Baş məşqçi avtoqol edən müdafiəçisi Le Norman haqda da danışıb: "Onun öz qapımıza qolu bizə böyük zərbə vura bilərdi. Ancaq bilir ki, ona hörmətimiz, sevgimiz və dəstəyimiz var. O, heyrətamiz oyunçu, əla müdafiəçi və gözəl insandı".
Qeyd edək ki, İspaniya millisi 1/4 finalda Almaniya ilə qarşılaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC