Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu XXI əsrdə antirekorda imza atıb.
Presssport.az xəbər verir ki, bu, Almaniyada təşkil olunan AVRO-2024-ün 1/8 final mərhələsinin Sloveniya yığması ilə oyununda gerçəkləşib.
Əlavə vaxtda (105-ci dəqiqə) penaltidən yararlana bilməyən 39 yaşlı hücumçu bir yığmanın heyətində 3 turnirdə 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyən ilk avropalı futbolçu olub.
Belə ki, Ronaldo AVRO-2016-da Avstriya, DÇ-2018-də isə İran millisi ilə matçlarda penaltini qaçırıb.
Onu da bildirək ki, Kriştiano hazırkı turnirdə hələ oyundan qol vura bilməyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC