Türkiyə millisinin qəhrəmanı "bozqurd" işarəsi göstərməsinin səbəbini açıqlayıb

Türkiyə yığmasının futbolçusu Merih Demiral Almaniyada keçirilən AVRO-2024-ün 1/8 finalında Avstriya millisi ilə matçda “bozqurd” işarəsi göstərməsinə aydınlıq gətirib.

Presssport.az xəbər verir ki, 26 yaşlı müdafiəçi rəqib qapısına vurduğu qolu bu cür qeyd etməsinin səbəbini izah edib: "Daha əvvəl tribunalarda da belə bir əl hərəkəti görmüşdüm. Türk olmaqdan qürur duyuram və bunu hər dəfə dilimə gətirməkdən çəkinmirəm. Qol sevincini də bu səbəbdən həmin əl işarəsi ilə qeyd etdim. Düşünürəm ki, hər şey normaldı. Azarkeşlərimiz bizimlə fəxr edir. İnşallah, alınsa, yenə bu cür sevinməyə davam edəcəyik".

Onu da bildirək ki, UEFA türkiyəli futbolçunun hərəkətinə görə araşdırmaya başlayıb. Yekun qərarın yaxın zamanda açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Merih həmin görüşdə dubla imza ataraq qəhrəman olub. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC