UEFA İngiltərə millisinin futbolçusu Cud Bellinqemi cəzalandırıb.
Presssport.az xəbər verir ki, AVRO-2024-ün 1/8 finalında Slovakiya yığmasıyla matçda qol vurduqdan sonra rəqib komandanın ehtiyat oyunçularına ədəbsiz jest edən hücumçu 1 oyunluq şərti cəza alıb.
Cuda 1 il vaxt verilib. Belə ki, futbolçu bu müddətdə oxşar hərəkətə yol verərsə, o zaman cəza tətbiq olunacaq.
Bellinqem həmçinin 30 min avro cərimə edilib.
Maraqlıdı ki, ingilis futbolçunun ədəbsiz jestinə görə şərti cəza verən UEFA Türkiyə millisinin üzvü Merih Demiralı "boz qurd" işarəsi göstərdiyi üçün 2 oyunluq cəzalandırıb. Türkiyə mətbuatı Cuda verilən qərarla bağlı xəbərləri "UEFA-dan Bellinqemə gülməli cəza" başlığı ilə tirajlayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC