UEFA Çempionlar Liqasında mübarizə aparacaq “Araz-Naxçıvan” ilkin mərhələdə “Uddevalla” (İsveç), “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq.
Presssport.az xəbər verir ki,, 2001-ci ildən bu turnirdə iştirak edən təmsilçilərimizdən heç birinin Estoniya və Şimali İrlandiya klubları ilə qarşılaşmaması maraqlı məqamdı.
Əvəzində 2 dəfə İsveç çempionu ilə yollar kəsişib. Hər iki dueldə təmsilçimiz “Araz-Naxçıvan” olub. İlk görüş 2008-2009-cü il mövsümündə baş tutub. Böyükağa Hacıyevin rəhbərlik etdiyi komanda “Şkövde” ilə qarşılaşıb. Rəqibini meydana çıxmağa peşman edən təmsilçimiz böyükhesablı qələbəyə sevinib. Amma 2 il əvvəlki duel heç də yaxşı alınmayıb. “Örebro” ilə Bosniya və Herseqovinadakı matç skandinavların qələbəsi ilə yekunlaşıb.
2008/09 (Böyükağa Hacıyev)
Əsas mərhələ (Azərbaycanda keçirilib)
11.09.2008. “Şkövde” (İsveç) – 11:1
2022/2023 (Joze Alesio Da Silva)
Əsas seçmə mərhələ (Bosniya və Herseqovina)
26.10.2022 Orebro (İsveç) 2:5
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC