“Ağırdı, çox səy göstərdik, şans yaratdıq. İngiltərə yığmasının çox şansı olmadı”.
Presssport.az xəbər verir ki, bunu İsveçrə millisinin baş məşqçisi Murat Yakın Almaniyada təşkil olunan AVRO-2024-ün 1/4 finalında İngiltərəyə qarşı keçirdikləri matçdan sonra deyib.
Türk əsilli isveçrəli mütəxəssis uduzmağa layiq olmadıqlarını söyləyib: “Evə qayıtmağa layiq deyilik, amma həqiqətən fəxr edirəm. İngiltərə də uduzmağa layiq deyildi. Amma kimsə itirməlidi. Həm futbolçular, həm də millətimiz üçün kədərlənirəm”.
Qeyd edək ki, İsveçrə millisi 1/4 finalda İngiltərəyə penaltilər seriyasında məğlub olaraq Avropa çempionatında mübarizəni dayandırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC