Cüdoçularımız Portuqaliya Qran Pri turnirini 5 medalla başa vurub

Yanvarın 26-28-də Portuqaliyanın Odivelas şəhərində 2024-cü ilin Dünya Cüdo Turunun ilk yarışı keçirilib. 

Presssport.az xəbər verir ki, turnirdə 90 ölkədən 624 idmançı iştirak edib, Azərbaycan 15 idmançıdan ibarət heyətlə təmsil olunub.

Azərbaycan cüdoçuları turnirdə 1 gümüş və 4 bürünc medal qazanaraq, medal əyarına görə ümumi hesabda 9-cu, kişilər arasında isə 5-ci yeri tutub.

Qran Pri turnirinin ilk günündə kişilər arasında -60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov 3-cü yer uğrunda döyüşdə Qamzət Zayrbekovaya (fərdi neytral idmançı) qalib gələrək bürünc medalı təmin edib.

-66 kq çəki dərəcəsində Kamran Süleymanov 3-cü yer uğrunda görüşdə Monqolustan idmançısı Basxu Yondonperenleyi məğlub edərək bürünc medala sahib olub. Monqolustanlı rəqibi Yondonperenley ikiqat Dünya mükafatçısıdı.

Həmin çəki dərəcəsində Yaşar Nəcəfov gümüş medala sahib olub. O, 1/4 finalda ikiqat Olimpiya mükafatçısı (gümüş və bürünc) Cənubi Koreyalı Ba-Ul Ana üzərində qələbə qazanıb.

Turnirin 2-ci günündə kişilər arasında -81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi Özbəkistan təmsilçisi Nurbek Murtozoyevə qalib gələrək bürünc medalı təmin edib.

Üçüncü gün kişilər arasında -90 kq çəki dərəcəsində Elcan Hacıyev 3-cü yer uğrunda mübarizədə İsrail idmançısı Qay Qureviçi məğlub edərək bürünc medal qazanıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC