21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Presssport.az AFFA-nın rəsm saytına istinadən xəbər verir ki, F qrupu çərçivəsində sentyabrın 6-da təşkil olunacaq görüş Eş-Sur-Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda baş tutacaq.
Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.
Xatırladaq ki, F qrupunda yer alan Samir Əliyevin yetirmələri 6 komanda arasında 3 xalla sonuncu pillədədi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC