Gimnastlarımız Portuqaliyadakı beynəlxalq yarışda 11 medal qazanıb

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə keçirilən “Scalabis Cup” beynəlxalq yarışında 11 medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından Presssport.az-a verilən məlumata görə, Tofiq Əliyev, Bilal Qurbanov, Adil Hacızadə, Aleksey Karataşov tamblinq, Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova, Samirə Hüseynova, Nicat Mirzəyev, İbrahim Mustafazadə, Fərhad Mustafayev batut gimnastikası üzrə bacarıqlarını nümayiş etdirib.

Batut gimnastikasının təmsilçiləri olan Ömər Qasımlı, Fərhad Vəliyev və Hüseyn Abbasov həm də ikili mini-batut üzərində güclərini sınayıb.

Tamblinqçilər yarışı 3 qızıl və 1 gümüş medalla başa vurub. Adil Hacızadə (29.500) və Aleksey Karataşov (97.000) qızıl medal qazanı. Tofiq Əliyev (29.100) isə gümüş medalla kifayətlənib. Həmçinin Əliyev, Hacızadə və Qurbanov komanda hesabında qalib gələrək ölkəmizə daha bir qızıl medal qazandırmağa müvəffəq olub.

Batut yarışlarında da millimizin üzvləri gözləntiləri doğruldub. Belə ki, Hüseyn (53.700), Ammar (51.230), Ömər (47.120) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Əli (53.090) gümüş medala yiyələnib. Nicat isə topladığı 52.690 xalla bürünc medalın sahibi olub. Həmçinin Mustafazadə, Niftəliyev və Vəliyev komanda hesabında 3-cü yeri tutub. 

Beləliklə, batut yarışlarında təmsilçilərimiz 3-ü qızıl, 1-i gümüş və 2-si bürünc olmaqla, ümumilikdə 6 medal əldə edib.

İkili mini-batut üzrə çıxışlarda da millimiz uğur qazanıb. Abbasov final çıxışını 25.200 xalla başa vuraraq Azərbaycana daha bir qızıl medal qazandırıb.

Xatırladaq ki, “Scalabis Cup” iyulun 11-dən 13-nə qədər keçirilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC