Serbiya millisinin oyunçusu Azərbaycan çempionuna yenidən gəldi - bu dəfə birdəfəlik

"Araz-Naxçıvan" futzal klubu transfer çalışmalarını davam etdirir.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu bu dəfə serb futzalçı ilə anlaşıb. 

Söhbət Serbiya millisinin də üzvü Lazar Milosavljeviçdən gedir. 26 yaşlı oyunçu ötən mövsüm Xorvatiya “Crnica”sında çıxış edib. 

Futzalçı “Araz-Naxçıvan” və baş məşqçi Vitali Borisov üçün yad sima deyil. Belə ki, o, ötən ilk UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsi zamanı icarə əsasında “qırmızı-ağlar”ın formasını geyinib. “İstanbul Şişli” ilə matçda qol vuran futzalçı “Riqa” ilə dueldə qırmızı vərəqə alaraq meydanı erkən tərk edib.

Xatırladaq ki, braziliyalı Kadinyonu transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC