"Araz-Naxçıvan" Portuqaliyada oyunçu transfer edib

“Araz-Naxçıvan” heyətini braziliyalı futzalçı ilə gücləndirib.

Presssport.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Covanni Valerio ilə 1 illik müqavilə imzalanıb.

26 yaşlı futzalçının son klubu Portuqaliya “Torreense”si olub. O, müxtəlif illərdə “Korintians”, “Jaraqua”, “Marreko” və “Santo Andre” komandalarının da formasını geyinib.

Xatırladaq ki, "qırmızı-ağlar" buna qədər braziliyalı Kadinyo, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu”, Qazaxıstan), İlham Alıyev (U-19) və serb Lazar Miloşavlyeviçi (“Crnica”, Xorvatiya) transfer edib. Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC