"Şamaxı” yay təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.
Presssport.az xəbər verir ki, Ayxan Abbasovun komandası Küveytin “Əl-Yarmuk” klubu ilə qarşılaşaraq 2:0 hesabı ilə qalib gəlib.
"Şamaxı"nın heyətində yeni transfer Conatan Benteke dubl edib. Məşhur belçikalı futbolçu Kristian Bentekenin qardaşı olan Conatan "Cəbrayıl"la yoxlama oyunda da (4:0) 2 qola imza atmışdı.
Xatırladaq ki, "Şamaxı" bundan əvvəlki yoxlama oyunlarında "Kəpəz"ə 2:1, "Pelikan"a 5:0, "Cəbrayıl”a isə 4:0 hesabı ilə qalib gəlib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC