Bu gün Azərbaycanın 5 idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.
Presssport.az xəbər verir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra H qrupunda He Bin Çzyao (Çin) ilə üz-üzə gələcək. Batminton yarışları Bakı vaxtı ilə saat 10:30-da başlanacaq.
Daha sonra cüdo yarışlarına start veriləcək. Bu idman növündə Balabəy Ağayev (60 kq), Leyla Əliyeva (48 kq) mübarizə aparacaq. Görüşlər Bakı vaxtilə saat 12:00-da başlayacaq.
Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada təsnifat mərhələsində yarışacaq. 33 idmançı start xəttinə çıxacaq, onlardan 8-i finala yüksələcək. Burda mübarizə saat 12:30-da start götürəcək.
Bundan 30 dəqiqə sonra isə akademik avarçəkmədə Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində yarışacaq.
Xatırladaq ki, Paris-2024 -ə avqustun 11-də yekun vurulacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC