“İnanıram ki, Parisdə də yaxşı nəticə göstərə biləcəyik”.
Presssport.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev Diana Dımçenkonun Yay Olimpiya Oyunlarındakı ilk çıxışından sonra deyib.
AKAF rəsmisi turnirdə güclü idmançıların mübarizə apardığını vurğulayıb: "Üç il ərzində belə iş görmək və olimpiadaya vəsiqə qazanmaq çətin idi. Amma bunun öhdəsindən gəldik. Yol baxımından problem yaşansa da, bu mərhələni həll etdik. Bütün idmançılarıma Paris olimpiadasında uğurlar arzulayıram".
Qeyd edək ki, Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışda 1/4 final mərhələsinə vəsiqə qazanıb. Paris-2024 avqustun 11-də başa çatacaq (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC