“Azərbaycan avarçəkəni Diana Dımçenkonun olimpiadada uğur qazanacağına inanıram”.
Presssport.az xəbər verir ki, bunu türkiyəli avarçəkən Elis Özbay deyib.
O, Azərbaycan millisinin üzvünün potensialına bələd olduğunu söyləyib: "Diananı yarışlardan tanıyıram. Potensiallı idmançıdır. 1/4 finala vəsiqə qazanması da bundan xəbər verir. Paris-2024-də medal qazanmağa qadirdi".
Qeyd edək ki, Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 finala yüksəlib. O, 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində 7 dəqiqə 52,53 saniyə nəticə ilə üçüncü olub. D.Dımçenko iyulun 30-da 1/4 finalda mübarizə aparacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC