Bu gün Parisdə 2024-cü il Olimpiadasında badminton üzrə növbəti görüşlər keçirilir.
Presssport.az xəbər verir ki, kişilərin fərdi yarışında Edi Reski Dviçayo (Azərbaycan) ilk qrup matçında Kollins-Valentin Filimon (Avstriya) ilə üz-üzə gəlib.
Təmsilçimiz rəqibini 2:0 (21:18, 21:11) hesabı ilə məğlub edib.
Dviçayo iyulun 31-də Eddi Anders Antonsenlə (Danimarka) qarşılaşacaq. Qarşılaşma Bakı vaxtilə saat 18:30-da başlayacaq. Təmsilçimiz bu görüşdə qalib gələcəyi halda qrup lideri kimi növbəti mərhələyə adlayacaq.
Xatırladaq ki, qadın badmintoçumuz Keişa Fatimə Zəhra hər 2 görüşündə uduzaraq qrupda qalıb və turnirlə vidalaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC