Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Oyunlarındakı medal sıralamasında 15-ci pillədə qərarlaşıb.
Presssport.az xəbər verir ki, hələlik milli komandamızın aktivində 1 qızıl mükafat var.
Bu, cüdoçu Hidayət Heydərovun (73 kq) ötən gün Olimpiya çempionu adını qazanmasıyla reallaşıb.
Azərbaycanla birlikdə Rumıniya və Özbəkistan da 1 qızıl medalla 15-cidi. Ölkəmiz qızıl medal qazanaraq siyahıya düşəndə 13-cü pillədə idi.
Siyahıya 6 qızıl, 2 gümüş və 4 bürünc mükafatla Yaponiya yığması başçılıq edir. Meydan sahibi Fransa (5 qızıl, 8 gümüş və 3 bürünc) 2-ci, Çin (5 qızıl, 5 gümüş, 2 bürünc) 3-cü yerdədi.
Xatırladaq ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC