Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir oyunun yeri müəyyənləşib.
Presssport.az AFFA-nın saytına istinadən xəbər verir ki, əsas yığmamız sentyabrın 8-də II tur çərçivəsində Slovakiya yığması ilə səfər görüşünü Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında keçirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, bunadək IV turun oktyabrın 14-də oynanılacaq Azərbaycan - Slovakiya matçının Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcəyi açıqlanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC