Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
Presssport.az xəbər verir ki, qadın idmançımız 2000 metr məsafəyə fərdi yarışda 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulub.
Dımçenko C/D yarımfinalında 6 iştirakçı arasında 3-cü olub. Məsafəni 7 dəqiqə 59,23 saniyəyə qət edən avarçəkən C finalına vəsiqə qazanıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC