Konfrans Liqasında "Fehervar"la bir gündə kimlər mərhələ adladı?

Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir.

Presssport.az xəbər verir ki, daha 6 matç keçirilib. 

Azərbaycan təmsilçisi "Sumqayıt"ı mübarizədən kənarlaşdıran "Fehervar"la yanaşı, "Auda", "Haken", "İlves", "Spartak" və "Mornar" da növbəti mərhələyə yüksəlib.

Daha əvvəl isə "Drita", "Flora", "Pünik",  "Ballkani" və "Deçiç" III təsnifat mərhələsinə vəsiqə əldə edib.

Konfrans Liqası, II təsnifat mərhələsi

Cavab oyunları

31 iyul

19:00. "Auda" (Latviya) - "Kliftonnvill" (Şimali İrlandiya) - 2:0

Qollar: Oqunniyi, 51, Taivo, 61

İlk oyun - 2:1

21:00. "Haken" (İsveç) - "Düdelanj" (Lüksemburq) - 6:1

Qollar: Dekker, 16-avtoqol; Aqbonifo, 27, Xristik, 45, 48, Nioule, 53, Hammar, 57 - Boyiç, 4

Qırmızı vərəqə: Dekker, 39 ("Düdelanj")

İlk oyun - 6:2

21:00. "Fehervar" (Macarıstan) - "Sumqayıt" (Azərbaycan) - 0:0

İlk oyun - 2:1

22:30. "Avstriya" (Avstriya) - "İlves" (Finlandiya) - 4:3, penaltilər seriyası - 4:5

Qollar: Malone, 22, Qruber, 27, Beri, 68, Preleç, 97 - Ala-Millimaki, 30, Maenpaa, 90, Soderbek, 112

İlk oyun - 1:2

22:30. "Spartak" (Slovakiya) - "Sarayevo" (Bosniya və Herseqovina) - 3:0

Qollar: Dyuris, 15, 42, Karhan, 90+4

İlk oyun - 0:0

22:45. "Mornar" (Monteneqro) - "Radniçki" (Serbiya) - 2:1, penaltilər seriyası - 4:3

Qollar: Ondonq, 45, 83 - Aleksis, 90+8

Qırmızı vərəqə: Baoşiç, 90+10 ("Mornar")

İlk oyun - 0:1

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC