"Zirə" xorvatlara rəqib oldu

Konfrans Liqasının ıı təsnifat mərhələsində Slovakiya təmsilçisi “DAc 1904”ü mübarizədən kənarlaşdıran “Zirə”nin növbəti rəqibi bəlli olub.

Presssport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası III təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşacaq. 

“Osiyek” II təsnifat mərhələsində “Levadiya”nı (Estoniya) mübarizədən kənarlaşdırıb. Xorvatiya təmsilçisi öz meydanında 5:1, səfərdəki cavab görüşündə isə 1:0 hesablı (ümumi nəticədə 6:1) qələbə qazanıb.

Təmsilçimiz “Osiyek”lə ilk görüşünü avqustun 8-də səfərdə keçirəcək, bundan 1 həftə sonra isə rəqibini Mərdəkanda qəbul edəcək. 

Onu da bildirək ki, Osiyekin eyniadlı təmsilçisi ötən mövsüm ölkə çempionatını 57 xalla 4-cü pillədə başa vurub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC