"Zirə" və "Sabah"ın Konfrans Liqasının III təsnifat mərhələsindəki oyunklarını idarə edəcək hakimlər müəyyənləşib.
Presssport.az xəbər verir ki, "Zirə"nin Xorvatiyada yerli “Osiyek”ə qarşı ilk matçında Aristotelis Diamantopoulosun baçılıq etdiyi yunanıstanlı hakimlər briqadası iş başında olacaq.
Tərəflər arasındakı "Dalğa Arena"dakı cavab görüşü isə Xulian Veinbergerin başçılıq etdiyi avstriyalı hakimlər briqadsına həvalə edilib.
İrlandiyada "Sent-Patriks Atletik” və "Sabah" arasındakı ilk qarşılaşma islandiyalı Vilhjalmur Thorarinssonun başçılıq etdiyi hakimlər briqadasına tapşırılıb. Bakıdakı cavab oyununda isə Marsel Birsanın başçılıq etdiyi rumıniyalı hakimlər briqadası ədaləti qoruyacaq.
Xatırladaq ki, bu raundun ilk matçları 8 avqustda, cavab oyunları avqustun 15-də gerçəkləşəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC