Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov yığmadan ayrılıb.
Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb. Milli assosiasiya Əsədova göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayır.
Bu yerdə bildirək ki, 54 yaşlı mütəxəssis UEFA-nın Məşqçi Kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Əsədov 2018-ci ilin əvəvlində millmizdə məşqçi işləyərək, bu ilin ilk yarısnda isə baş məşqçi əvəzi olmuşdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC