Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışlarına start verilir.
Presssport.az xəbər verir ki, mübarizəyə ilk olaraq Yunan-Roma güləşçiləri başlayacaq. Həmin gün döşəkçəyə Azərbaycan millisinin 2 üzvü çıxacaq.
Püşkatma mərasimində onların ilk rəqibləri müəyyənləşib. 60 kq çəki dərəcəsində yarışacaq 2024-cü ilin Avropa çempionu Murad Məmmədov mübarizəyə 1/8 finaldan start verəcək. 28 yaşlı güləşçimizin rəqibi Venesuela güləşçisi, 2024 Panamerikan çempionatının qalibi Rodrigues Orosco (33 yaş) olacaq.
130 kq. çəkidə yarışacaq Azərbaycan millisinin digər üzvü, Rio-2016 Olimpiadasının bürünc mükafatçısı Sabah Şəriəti (35 yaş) isə 1/8 finalda Estoniya güləşçisi Heiki Nabi (39 yaş) ilə qarşılaşacaq. Təcrübəli güləşçi olan Nabi 2006 və 2013-cü ildə dünya çempionatında qızıl, 2012 London olimpiadasında isə gümüş medal qazanıb.
Onu da bildirək ki, güləş yarışları bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC