Almeyda "100"ü yarılayıb

Riçard Almeyda Azərbaycan çempionatlarında 50-ci qolunu vurub. 

Presssport.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubiley topu Misli Premyer Liqasının I turuna təsadüf edib.

Belə ki, Riçard “Araz-Naxçıvan”la səfər oyununda (4:1) vurduğu qolla “100”ü yarılayıb. O, “50”yə Premyer Liqada keçirdiyi 268-ci matçda çatıb. Milliləşdirilən braziliyalı Azərbaycan çempionatları tarixinə ən azı 50 qol vuran 40-cı futbolçu kimi düşüb.

2012/13 mövsümündən Premyer Liqada çıxış edən Almeyda ilk qolunu da həmin çempionatda imza atıb. Yalnız “Qarabağ”ın heyətində rəqib qapısına yol tapan mərkəz yarımmüdafiəçisi “Zirə”nin də formasını geyinib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC