Misli Premyer Liqasının 2024/25 mövsümü məhsuldar keçən I turla başlayıb.
Presssport.az xəbər verir ki, ilk turun 5 oyununda 16 qol vurulub.
“Araz-Naxçıvan” – “Qarabağ” (1:4) və “Zirə” – “Səbail” (4:1) görüşlərinin hərəsində 5, “Sabah” – “Şamaxı” (2:2) matçında 4, “Sumqayıt” – “Kəpəz” (2:0) qarşılaşmasında 2 top qeydə alınıb. Yalnız “Neftçi” – “Turan Tovuz” görüşündə qol vurulmayıb.
Mövsümün ilk turunun orta məhsuldarlığı 3,20 olub. Bu, start üçün XXI əsrin 3-cü göstəricisidi. Yalnız 2 dəfə I tur daha məhsuldar olub. 2001/02 mövsümündə bu rəqəm 4,00-a, 2017/18 mövsümündə 3,25-ə bərabər olub. 23 il əvvəl 5 oyunda 20 top vurulubsa, 7 il öncə 4 qarşılaşmada 13 qol qeydə alınıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC