Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Presssport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan 36 yaşlı idmançımız 1/8 finalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.
Rəqibinə 6:2 hesabı ilə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb. O, bu raundda Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla görüşəcək.
Xatırladaq ki, Mariyanın karyerasında hələ ki yalnız Olimpiya qızılı yoxdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC