“Gərgin oyun oldu. 15 dəqiqədən sonra oyuna nəzarəti ələ aldıq və üç qol vurduq. İlk hissədə oyun xeyrimizə idi. Ancaq fasilədən sonra üstünlüyü rəqibə verdik. Buna baxmayaraq, qələbə bizimlə oldu”.
Presssport.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin belaruslu legioneri Yeqor Boqomolski Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Sumqayıt”ı 3:1 hesabıyla məğlub etdikləri matçdan sonra klubun televiziyasına görüşlə bağlı fikirlərini bölüşərkən deyib.
Sumqayıtdakı oyunda bir qol, bir məhsuldar ötürmə ilə yadda qalan gənc belaruslu hücumçu kubokdakı şanslarından da söz açıb: “Qələbə qazanmışıq və şanslarımız var. Bütün matçlarda belə oynasaq, qələbələr gələcək".
Boqomolski kubokda daha çox qol vurmasının niyə belə olduğunu bilmədiyini söyləyib: "Bütün matçlara eyni hazırlaşır, eyni köklənirəm. Kubokda çox fərqlənməyimin səbəbini bilmirəm”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC