Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.
Presssport.az xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi - Macarıstan təmsilçisi David Losonç finala vəsiqə qazana bilməyib.
Beləliklə, Rafiqin təsəlliverici görüşə qatılmaq şansını itirib.
Xatırladaq ki, 36 yaşlı Hüseynov Tokio-2020-də bürünc medal qazanıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC