“Turan Tovuz” Azərbaycan Premyer Liqasında yubiley qələbəsini qazanıb.
Presssport.az xəbər verir ki, Kurban Berdıyevin komandası III turda “Kəpəz”i səfərdə məğlub edib – 3:0.
Bu, Premyer Liqada 3-cü mövsümünü keçirən klubun 75-ci matçı və 25-ci qələbəsi olub. “Turan Tovuz” evdə 13, səfərdə 12 dəfə qalib gəlib.
Qərblilər cari mövsüm ilk 4 turda qol buraxmayıb. Bu, son 4 mövsümdə ilk belə seriyadı.
Onu da bildirək ki, çempionatın ilk 3 oyununda qol buraxmayan sonuncu komanda “Şamaxı” olub. Daha əvvəl “Keşlə” adlanan klub üçün 2020/21 mövsümünün startı uğurlu alınıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC