"Kocaelispor"un baş məşqçisi Ərtoğrul Sağlam Türkiyə I Liqasının 21-ci turunun bu şənbə günü “Adanaspor”a qarşı keçirəcəkləri oyun haqda danışıb.
Presssport.az xəbər verir ki, türkiyəli mütəxəssis komandaya yeni gələnlərin, o cümlədən millimziin hücumçusu Ramil Şeydayevin adaptasiyasından söz açıb: "Bu həftə Ramil Şeydayevi yavaş-yavaş oynatmağa başlamışıq. Ona imkan yaradırıq. Növbəti matçlarda da oynayacaq. Duhan Aksu oynamağa imkan verəcək fiziki vəziyyətə qayıdır. Cümə gününə qədər bizə daha bir yeni futbolçu qoşularsa, o zaman oyun sistemimizdəki siyahıları tam şəkildə tamamlayacağıq. Super Liqaya çıxmaq uğrunda mübarizəni davam etdirəcəyik".
Xatırladaq ki, Şeydayevin artıq debüt etdiyi "Kocaelispor"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdi
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC