"Neftçi" cənubi amerikalı hücumçularını yeni mövsümə niyə sifariş etməyib?

“Neftçi” legioneri Brayan Moreno yeni mövsümə sifariş etməməsinə aydınlıq gətirib.

Presssport.az xəbər verir ki, bu haqda jurnalistlərə məlumat verən klubun media üzrə koordinatoru Rüstəm Əfsərli bunun zədəylə bağlı olduğunu açıqlayıb: “Kolumbiyalı hücumçumuzun zədəsinin uzunmüddətli olub-olmamasını müəyyənləşdirmək üçün zamana ehtiyac var. Dizindəki problemi müəyyənləşdirmək lazımdı. Buna görə mövsümün sifariş ərizəsinə salmamışıq. Yəni, sağlamlıq durumuyla bağlı məsələdi. Zədəsinin mahiyyəti tam bilinməyib. Morenonun bizimlə müqaviləsi var".

Əsfərli sifariş etmədikləri digər cənubi amerikalı hücumçu - argentinalı Lukas Melanoyla haqda da söz açaraq, onunla da müqavilələrinin olmasını xatırladıb: "Qara Qarayev məsələsi kimi, onun da klubdaxilində qalmasını xahiş edərdim. "Neftçi" bu məsələlərdə operativdi. Yenilik olarsa, ictimaiyyət məlumat alacaq".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC