"Neftçi TV"nin peykə çıxmasına can atırıq. Bizdən əvvəl klubu quranların, media komandasının da fikri bu idi. Amma televiziya quruculuğu çox çətindir. Bu yöndə işləmişəm. "CBC Sport"un əsası qoyulanda ilk insanlardan biri olmuşam. "CBC Sport"un imkanları daha genişdi, yayımçıdı. Onun belə əsas yayıma keçməsi 2-3 ay almışdı .Avqustda proses başladı, noyabrda əsas yayıma keçdi".
Presssport.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.
O, məqsədlərinin peykə çıxmaq olduğunu və bunun üçün yaxşı maliyyə yatırımının, kadrlarının sayının artmasının vacibliyini vurğulayıb: "Media komandası olaraq klub televiziyasını inkişaf etdirməliyik. "Neftçi TV"də yeni layihələr olacaq. Bəzi avadanlıqlar yenilənməlidi. Yeni bazamız inşa olunur, ora keçid etməliyik. Yaxın gələcəkdə "Neftçi Tv"də də yeniliklər görəcəksiz. Bu qrupu bura yığanlara təşəkkür edirəm".
Xatırladaq ki, “Neftçi TV" 4 ildi fəaliyyət göstərir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC