"Turan Tovuz"u qrip epidemiyası bürüyüb

“Turan Tovuz” Premyer Liqanın XXI turunda “Sabah”la səfər matçına tam heyətlə hazırlaşmır.

Bu haqda Presssport.az-a danışan Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov düşərgələrində qrip epidemiyasının hökm sürdüyünü vurğulayıb: “Mən özüm də bir az soyuqlamışam. Futbolçularımızdan Faiq Hacıyev, Luis Paçu, Tərlan Əhmədli xəstədi. Fərid Yusifli məşqdə zədələnib, Kamal Bayramov hələ də zədəlidi. Bir az heyətlə bağlı əskiklərimiz var. Görək oyun gününədək durumları necə olacaq".

Bölgə kluba Bakıdakı matça hazırlığı adəti üzrə Bakı Olimpiya Stadionunun yox, "Dalğa Arena"da ehtiyat meydançasında keçirir. Abasovun sözlərinə görə, bunun xüsusi bir səbəbi yoxdu: “Sadəcə, şəhərdən kənarda məşq etmək istədik. Ümumən belə olur ki, tez-tez dəyişirik stadionu. Tovuzda da oluruq, burda Bakıda da. “Dalğa Arena”da əvvəl, yayda da məşq etmişdik. Ola bilər ki, gələcəkdə də belə olsun”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC