Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Dinamo” (Zaqreb, Xorvatiya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və açıq məşqlərin vaxtları məlum olub.
Presssport.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov avqustun 27-də saat 17:30-da Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlər önünə çıxacaq.
Komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) saat 18:00-da başlayacaq.
Qonaq komandanın açıq məşqi saat 19:45-də, baş məşqçi Sergey Yakiroviçin mətbuat konfransı isə 19:15-də “Tofiq Bəhramov”da reallaşacaq.
Xatırladaq ki, avqustun 28-də keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC