"Qalatasaray" da vidalaşdı - Türkiyə ÇL-siz qaldı

Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Presssport.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Qalatasaray” Yanq Boyz”a bu dəfə İstanbulda qırmızı vərəqə alaraq uduzub. İsveçrə klubu ümumilikdə 4:2 hesablı qələbə ilə liqa mərhələsinə vəsiqə qazanıb. "Qalatasaray" isə yoluna Avropa Liqasının liqa mərhələsində davam etməli olacaq. Bunadək vitse-çempion “Fənərbaxça” da vidalaşdığından, Türkiyənin bu mövsüm Avropanın ən nüfuzlu klub turnirində təmsilçisi olmayacaq. 

Onu da bildirək ki, "Sparta" və "Zalsburq" da ÇL-də əsas mərhələyə vəsiqə qazanıb. 

Çempionlar Liqası, pley-off mərhələsi

Cavab oyunları

27 avqust

23:00. "Qalatasaray" (Türkiyə) – "Yanq Boyz" (İsveçrə) - 0:1

Qol: Vircinius, 87

Qırmızı vərəqə: Fernando Muslera, 88 ("Qalatasaray")

İlk oyun - 2:3

23:00. "Zalsburq" (Avstriya) – "Dinamo" (Kiyev, Ukrayna) - 1:1

Qollar: Daqim, 12 - Vanat, 29

İlk oyun - 2:0

23:00. "Sparta" (Praqa, Çexiya) – "Malmo" (İsveç) - 2:0

Qollar: Haraslin, 80-pen; Rrahmani, 83 

İlk oyun - 2:0

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC