"Neftçi" Azərbaycanın ən böyük klubudu" - "Ridinq"in baş məşqçisi

İngiltərənin "Ridinq" klubunun baş məşqçisi Ruben Selles “Neftçi” və “Qarabağ”da işlədiyi vaxtlarını xatırlayıb.

Presssport.az xəbər verir ki, 40 yaşlı ispaniyalı mütəxəssis hər iki klub arasında müqayisə də aparıb:

“Neftçi” Azərbaycanın ən böyük klubudu. 2012-ci ildən orda fiziki hazırlıq üzrə məşqçi işləyirdim. Həmin il Premyer Liqada çempion olduq, ölkə kubokunu da qazandıq. İkinci mövsümümdə isə yenidən kuboku əldə etdik. Həmin mövsüm asan deyildi, amma çox gözəl idi. Bunlar ilk kuboklarım idi. “Qarabağ”da isə 2,5 il işləmişəm. Köməkçi məşqçi idim, həm də komandanın fiziki hazırlığına cavabdeh idi. Ardıcıl iki mövsüm “qızıl dubl” etdik. 2017-ci ildə “Çelsi”, “Roma” və “Atletiko” (Madrid) ilə eyni qrupda yer alaraq Çempionlar Liqasına yüksəlmişdik".

Onu da bildirək ki, Selles Azərbaycandan ayrıldıqdan sonra İngiltərədə - "Sautgempton" və “Ridinq”də çalışıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC