Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 3 paralimpiyaçısı mübarizəyə başlayacaq.
Presssport.az xəbər verir ki, parataekvondoçumuz Sabir Zeynalov (58 kq) K44 kateqoriyası üzrə təsnifat mərhələsində çıxış edəcək.
Bu mərhələnin görüşləri Bakı vaxtı ilə 12:00-16:30-da keçiriləcək. Parataekvondo yarışlarının finalı isə Bakı vaxtı ilə 19:00-23:30-da baş tutacaq.
Paraüzgüçülük yarışlarında Könül Süleymanova (S2 kateqoriyası, 100 metr məsafəyə arxasıüstə üzmə) mübarizə aparacaq. Yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə 12:26-da, final isə 20:10-da başlayacaq.
Parakamandan oxatmada isə Cahan Musayev bacarığını göstərəcək. Yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 15:00-da başlaycaq.
Xatırladaq ki, Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC