Millimizin yeni baş məşqçisi Fernandu Santuş jurnalistlərə və azarkeşlərə müraciət edib.
Presssport.az xəbər verir ki, Avropa çempionu olan 70 yaşlı portuqaliyalı mütəxəssis rəsmi debütü olacağı İsveç yığmasıyla Tofiq Bəhramov adına Respublika stadionundakı matçda tribunaların dolu olmasını, milliyə dəstək göstərilməsini istəyib: "Siz jurnalistlərdən bir şey xahiş etmək istəyirəm. Çox istəyərdim ki, milliyə dəstək olasınız. Azarkeşlərə müraciət edirəm. "Qarabağ"ın avrokuboklardakı oyunlarına 30 min azarkeş gəlir, çempionat oyununa isə 300 azarkeş. "Turan Tovuz"un oyununa baxırsan, bölgələrdə azarkeş çox gəlir. Millidən bərk yapışın, inanın ki, bu gələcəyə atılmış addımdı, layihədi. Sadəcə milliyə inanın! Azarkeşlərdən xahiş edirəm ki, məni dəstəkləmək lazım deyil, amma millinin və oyunçuların buna ehtiyacı var. Çox istəyərdim ki, millinin oyunlarında azarkeşlər stadionu doldursun".
Xatırladaq ki, millimiz UEFA Millətlər Liqasında yeni mövsümdə İsveçdə evdəki matçını sentyabrın 5-də Slovakiyayla səfər görüşünü bundan 3 gün sonra keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC